Kür çayı

Kür çayı


   10-05-2018    85 dəfə baxılıb
Kür (türk. Kura, gürc. მტკვარი (Mtkvari)) — Qafqazda çay. Uzunluğu 1515 km olub üç ölkənin, Azərbaycan, Türkiyə və Gürcüstanın ərazisindən axır. Kür öz başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan götürür, Türkiyə və Gürcüstandan keçərək Azərbaycan ərazisinə daxil olur. Burada Kür özünün ən böyük qolu olan Araz çayı ilə birləşərək, Xəzər dənizinə tökülür. Kürün Qafqaz ərazisindən axdığı yerlərdə insanlar bir neçə min il əvvəldən məskunlaşıblar. Kürün vadisində kənd təsərrüfatı işlərinin hesablamalara görə təxminən 4 500 il tarixi vardır. Kür vadisində yaşayan xalqlar böyük və inkişaf etmiş mədəniyyət yaratmağa müvəffəq olmuşlar. Lakin, eramızdan təxminən 1200 il əvvəl bu xalqların yaşadıqları ərazilərdəki yaşayış mədəniyətlərinin bir çoxu ya təbii fəlakətlər nəticəsində dağılmış, ya da köçəri tayfaların basqınları nəticəsində məhv edilmişdir. XX əsrdə Kürdə daşqınların sayı daha da çoxalmağa başladı. Buna görə həmin əsrin 50-ci illərindən başlayaraq Kürdə çox sayda su anbarları və oradan kanallar inşa edilməyə başlandı. Əvvəllər Xəzər dənizindən Kür çayı vasitəsilə Tiflis şəhərinə qədər gəmi vasitəsilə üzərək getmək mümkün idisə, hazırda bu yol çay üzərində su elektrik stansiyalarının inşasından sonra mümkün deyildir.

Paylaş: